BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), Kastamonunun Taşköprü ilçəsi ərazisində yerləşən Gizlice məhəlləsində 52 iş yerinin tikintisi və ətraf mühitin abadlaşdırılması işləri üzrə yeni tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məlumata görə, tikinti işlərinin müddəti yer təhvilindən sonra 400 gün təşkil edəcək.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 5 iyun 2026-ci il tarixinə qədər " Bilkent Plaza B1 Blok 06800 Bilkent - Çankaya/Ankara " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
