BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyə Karayolları 5-ci Regional İdarəsi TÜPRAŞ-a bağlı neft emalı zavodlarından Mersin bölgəsində yerləşən sabit bitum anbarlarına bitum daşınması xidməti üzrə tender keçirəcək. Məlumata görə, layihə çərçivəsində ümumilikdə 18 min 300 ton bitumun daşınması nəzərdə tutulur.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, xidmət müqaviləsinin müddəti 12 ay olacaq və işlər müqavilənin imzalanmasından 10 gün sonra başlanacaq. Tenderdə iştirak edəcək şirkətlərdən yol nəqliyyatı üzrə fəaliyyət icazələri və müvafiq daşınma sənədləri tələb olunur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 15 iyun 2026-ci il tarixinə qədər "Karayolları 5. Bölge Md.Osmaniye Mh. Akbelen Bulv. No:2 P.K:33220 Toroslar/Mersin" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
