BAKI,TurkicWorld, Fərid Mikayılov
İstanbul Səhiyyə İdarəsi tərəfindən Hamidiye Təhsil və Araşdırma Xəstəxanasında yeni əməliyyatxana binasının tikintisi üzrə açıq tender elan olunub. Məlumata görə, layihə çərçivəsində 5 otaqdan ibarət əməliyyatxana kompleksinin inşası nəzərdə tutulur.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, tikinti işləri Sarıyer rayonundakı Çayırbaşı yerləşkəsində həyata keçiriləcək və layihənin icra müddəti yer təhvil verildikdən sonra 180 təqvim günü təşkil edəcək.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 1 iyun 2026-ci il tarixinə qədər "İstanbul İl Sağlık Müdürlüğü Kamu Hastaneleri Hizmetleri Başkanlığı-4 Satınalma Birimi 19 Mayıs Mahallesi Halaskargazi" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
