Son dəqiqə

tender Türkiyədə tender Kütahya Türkiyə Səhiyyə Nazirliyi İnşaat tenderi

Türkiyədə səhiyyə üçün yeni xidmət tenderi

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Səhiyyə Nazirliyinin Kütahya Səhiyyə İdarəsi tərəfindən 7 növ texniki xidmət və təmir işlərini əhatə edən satınalma üzrə açıq tender elan edilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, layihə çərçivəsində Kütahya Səhiyyə İdarəsi və ona bağlı tibb müəssisələrində 12 ay müddətində texniki xidmət və təmir işlərinin görülməsi nəzərdə tutulur.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 12 may 2026-ci il tarixinə qədər "Balıklı Mahallesi Bolat Bey 2. Ara Sokak No:1 Kütahya Merkez/Kütahya" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər