BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyə Səhiyyə Nazirliyinin Bursa İl Səhiyyə Müdirliyi tərəfindən Gemlik rayonunda Ailə Sağlamlıq Mərkəzi, Sağlam Həyat Mərkəzi və ASHİ bölmələrinin tikintisi üçün açıq tender elan edilib. Məlumata görə, layihə ümumilikdə 2 760 kvadratmetr qapalı sahəni əhatə edəcək.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, tikinti işlərinin yer təhvilindən sonra 420 təqvim günü ərzində tamamlanması nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 2 iyun 2026-ci il tarixinə qədər "Dikkaldırım Mah. Hat Cad. No:4 Osmangazi/Bursa" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
