BAKI,TurkicWorld, Fərid Mikayılov
Ordu Böyükşəhər Bələdiyyəsi 2026-cı il üçün ümumilikdə 12 min ton tökmə sement və 400 ton kisə sementin alınması məqsədilə açıq tender elan edib
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, alınacaq məhsullar Ordu vilayətinin Altınordu, Fatsa, Ünye, Kumru, Gölköy, Ulubey və Çaybaşı rayonlarında mərhələli şəkildə təhvil veriləcək. Müqavilə müddəti 210 təqvim günü nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 2 iyun 2026-ci il tarixinə qədər "Şarkiye Mahallesi Yükçülük Sokak No:2 Altınordu/Ordu" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
