BAKI,TurkicWorld, Orxan Qədirzadə
2026-ci ilin yanvar-mart ayında Türkiyədə Almaniya kapitalı ilə 105 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57 şirkət çoxdur.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı 304 milyon 170 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 84 milyon 112 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-mart ayında Almaniya şirkətlərinin əksəriyyəti İstanbulda (48) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Almaniya şirkətlərinin ümumi kapitalı 81 milyon 700 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayında Türkiyədə Almaniya kapitalı ilə 24 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

