Son dəqiqə

Türkiyə Ticarət və Sənaye Palatası Türkiyədə Fələstin şirkətlərinin məcmu kapitalı Türkiyədə Fələstin kapitalı İstanbulda Fələstin şirkətləri

İstanbul Fələstin sərmayələrinin əsas mərkəzinə çevrilir? (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə Fələstin kapitalı ilə 32 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Fələstin şirkətlərinin məcmu kapitalı 90 milyon 995 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 10 milyon 600 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-aprel ayında Fələstin şirkətlərinin əksəriyyəti İstanbulda (24) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Fələstin şirkətlərinin ümumi kapitalı 45 milyon 825 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-aprel ayında Türkiyədə Fələstin kapitalı ilə 19 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər