Son dəqiqə

İran TOBB Türkiyə Ticarət və Sənaye Palatası

Türkiyədə İran kapitalının artımı hansı sahələrdə müşahidə olunur? (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə İran kapitalı ilə 150 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 67 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 300 milyon 200 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 110 milyon 610 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-aprel ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (112) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 256 milyon 850 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-aprel ayında Türkiyədə İran kapitalı ilə 49 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər