Son dəqiqə

İraq TOBB Türkiyə və İraq əlaqələri İraq-Türkiyə enerji əməkdaşlığı Türkiyə Ticarət və Sənaye Palatası

Türkiyədə İraq kapitalının artımı hansı sahələrdə müşahidə olunur? (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə İraq kapitalı ilə 51 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 101 milyon 450 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 42 milyon 300 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-aprel ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (21) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin ümumi kapitalı 47 milyon 550 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-aprel ayında Türkiyədə İraq kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər