Türkiyə İxracatçılar Məclisi Türkiyə ixracat statistikası İxracat Türkiyənin dəri məhsulları ixracı Azərbaycana dəri məhsulları ixracı

Türkiyənin Azərbaycana dəri məhsulları ixracı xeyli artıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq, 3 milyon 481 min 740 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ya Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıraraq, 631 min 580 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 21,2 faiz artaraq 109 milyon 545 min dollar təşkil edib.

Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 682 milyon 225 min dollara bərabər olub.

Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 1 milyard 410 milyon 523 min dollar dəyərində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər