Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi sement Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin Azərbaycana sement satışı 8 milyon dollara yaxınlaşır (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,3faiz artaraq, 7 milyon 940 min 39 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq, 3 milyon 536 min 63 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 337 milyon 19 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 653 milyon 987 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 4 milyard 515 milyon 481 min dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər