Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı

Türkiyənin avtomobil ixracında rekord artım qeydə alınıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin fevral ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz artaraq, 3 milyard 543 milyon 949 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 6 milyard 604 milyon 498 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 42 milyard 150 milyon 101 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər