Son dəqiqə

Azərbaycan Mərkəzi Bank Bakı Fond Birjası (BFB)

Mərkəzi Bankın 168 günlük notları üzrə 2,5 milyon manatlıq hərrac keçirildi

BAKI,TurkicWorld

25 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2601024709 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

TurkicWorld xəbər verir ki, bu barədə Bakı Fond Birjasından məlumat verilib.

Notlar üzrə məlumat aşağıdakı kimidir:

Emitent

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2601024709

Notun müddəti

168 gün

Notun növü

Diskontlu

Emissiya həcmi

2,500,000 manat

Notun miqdarı

25 ədəd

Nominal

100,000 manat

Minimal qiymət

97,020.8142 (6.58%) manat

Maksimal qiymət

97,038.4099 (6.54%) manat

Kəsmə qiyməti

97,038.4099 (6.54%) manat

Ortaçəkili qiyməti

97,038.4099 (6.54%) manat

Reallaşdırılmış həcmi

2,500,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

12,600,000 manat

İnvestor sayı

6

Sifariş sayı

6

Notun ödəniş tarixi

12.08.2026

Mövzuya görə xəbərlər