Son dəqiqə

tender Türkiyədə tender 2025 tender elanları Yanacaq tenderi

Türkiyədə 5 milyon litrə yaxın dizel yanacağı alınacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Trabzon Böyükşəhər Bələdiyyəsinin nəznində fəaliyyət göstərən nəqliyyət şirkəti 4 milyon 600 min litr dizel yanacağının alınması üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sifarişlər ən azı iki gün əvvəl rəsmi məktubla təchizatçıya bildiriləcək və təhvil prosesi texniki şərtlərə uyğun həyata keçiriləcək.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 26 mart 2026-ci il tarixinə qədər "Ortahisar / Trabzon" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər