Son dəqiqə

Azərbaycan İqtisadiyyat Nazirliyi İsveçrə Siemens Fariz Cəfərov Süni intellekt Dünya İqtisadi Forumu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Davos GovTech Yana Krimpen B.EST Solutions Tomas Kislinq

4SİM Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında təmsil olunub

BAKI, TurkicWorld

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davos İqtisadi Forumunun (DİF) 56-cı illik toplantısı çərçivəsində təşkil olunan “GovTech” həllərinin tətbiq dairəsinin genişləndirilməsi mövzusunda panel sessiyada iştirak edib.

Bu barədə TurkicWorld-a Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi məlumat verib.

Fariz Cəfərov “B.EST Solutions” şirkətinin baş icraçı direktoru Yana Krimpenin moderatorluğu ilə keçirilən panel sessiyada ölkəmizdə süni intellekt və sənaye 4.0 texnologiyalarınının tətbiqi barədə məlumat verib. Azərbaycanda süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlər qeyd edilib.

Paneldə “GovTech” həllərinin ölkələr üzrə tətbiqi, süni intellektin dövlət idarəçiliyində rolu, rəqəmsal etimad, suverenlik və institusional dayanıqlılıq məsələləri müzakirə olunub.

4SİM-in icraçı direktoru Fariz Cəfərov DİF-in 56-cı illik toplantısı çərçivəsində “Siemens AG” şirkətinin baş texnologiya direktoru Tomas Kislinq ilə görüşüb.

Görüşdə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” çərçivəsində nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri və təşəbbüslər barədə məlumat verilib.

Bizneslərin texnoloji transformasiyası və dayanıqlı inkişafını əhatə edən ikili transformasiya (twin transition) yanaşması və bu istiqamətdə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Mövzuya görə xəbərlər