BAKI,TurkicWorld, Fərid Mikayılov
Süleyman Dəmirəl Universiteti Araşdırma və Tətbiq Xəstəxanası tərəfindən 117 növ tibbi sərf materialının satın alınması məqsədilə açıq tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq materiallar 15 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 22 yanvar 2026-cı il tarixinə qədər " Süleyman Demirel Üniversitesi Araştırma ve Uygulama Hastanesi Başhekimliği Doğu Kampüsü Merkez/Isparta " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
