BAKI,TurkicWorld, Fərid Mikayılov
Arnavutköy Bələdiyyəsi şəhərdaxili ictimai nəqliyyatda ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqi məqsədilə 10 ədəd elektrikli avtobusun satın alınması üçün açıq tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq avtobusların 45 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 27 yanvar 2026-cı il tarixinə qədər "Taşoluk Mah. Kazım Karabekir Cad. No:88 Arnavutköy/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
