BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
“Ford” park sistemindəki nöqsanlar səbəbindən ABŞ-də 270 000-dən çox elektrik və hibrid avtomobilini geri çağırır.
TurkicWorld xəbər verir ki, bu barədə “Apnews.com” nəşri məlumat yayıb. Bildirilib ki, park funksiyasındakı problem avtomobilin özü-özünə hərəkətə düşməsinə səbəb ola bilər. Məhz bu risklə əlaqədar geri çağırış qərarı verilib.
Qeyd olunur ki, geri çağırış “F-150 Lightning BEV”, “Mustang Mach-E” və “Maverick” modellərinin bir hissəsini əhatə edir.







