BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatlarının həcmi 764,492 milyon ABŞ dolları təşkil edib.
TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 271,6 milyon ABŞ dolları və ya 26,2% azdır.
Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,87%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Avstraliyaya 309 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 195 min ABŞ dolları və ya 2,7 dəfə çoxdur.
Hesabat dövründə Avstraliyadan Azərbaycana isə 764,183 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 271,8 milyon ABŞ dolları və ya 26,2% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və yaxud 15,6% artıb.
Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.







