Yanvar-iyul aylarında Türkiyənin xalça ixracı 17 faizdən çox azalıb

Yanvar-iyul aylarında Türkiyənin xalça ixracı 17 faizdən çox azalıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalaraq 1,5 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 156 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 26,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 2,9 milyard dollar məbləğində xalça ixrac edib.