Son dəqiqə

Özbəkistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi polad Türkiyənin ixracatı Türkiyə Polad İxracatçılar Birliyi 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat Türkiyə polad sənayesi

Türkiyədən Özbəkistana polad ixracı 49 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azalaraq, 49 milyon 662 min 74 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 4 milyon 587 min 41 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 13 milyard 735 milyon 173 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 294 milyon 1 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 16 milyard 414 milyon 802 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər