Son dəqiqə

Azərbaycan Ermənistan Qazaxıstan Bakı Bakı Dəmiryol Vağzalı

Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb

BAKI,TurkicWorld

Azərbaycandan tranzit keçməklə Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb.

TurkicWorld xəbər verir ki, yük qatarı hazırda Bakıda Biləcəri Dəmiryol Stansiyasındadır.

Daha sonra Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana yola salınacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Mövzuya görə xəbərlər