Son dəqiqə

Qazaxıstan turizm Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Türkiyə Mədəniyyət və Turizm Naziri Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə turizm siyasəti

Türkiyəyə səfər edən Qazaxıstan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025 -ci ilin sentyabrında Qazaxıstandan Türkiyəyə 73 min 56 turist səfər edib ki, bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 15,02 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,20 faiz təşkil edib.

2025-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstandan Türkiyəyə 646 min 987 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,17 faiz azdır.

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,56 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin sentyabrında Türkiyəyə 7 milyon 50 min 876 turist səfər edib ki, bu da ötən ilin sentyabrı ilə müqayisədə 2,62 faiz çoxdur.

2025 -ci ilin yanvar- sentyabr aylarında 49 milyon 992 min 520 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,65 faiz çoxdur.

Mövzuya görə xəbərlər