BAKI, TurkicWorld
2025-ci ilin sentyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 11,6 faiz azalaraq 902 milyon 341 min dollar olub.
Bu barədə TurkicWorld - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – sentyabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə dəyişməyərək, 8 milyard 43 milyon 328 min dollar olub.
“Bu ilin sentyabr ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 620 milyon 583 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyənin Türk ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 5 milyard 865 milyon 721 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 55 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin sentyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,8 faiz artaraq 22 milyard 576 milyon dollar, idxalı isə 8,7 faiz artaraq 29 milyon 479 min dollar olub.
“Bu ilin yanvar – sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 468 milyard 215 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-sentyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 200 milyard 578 milyon dollara, idxalı isə 5,9 faiz artaraq 267 milyard 637 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.






