Yanvar-iyun aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracatı artıb (ÖZƏL)

Yanvar-iyun aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracatı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz artaraq 1,98 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 315 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 42,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 3,9 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.