Son dəqiqə

İsrail İran ABŞ İranın nüvə proqramı Əhməd Xatəmi İranın raket imkanları İranın nüvə imkanları İranın Konstitusiyaya Nəzarət Şurası

ABŞ və İsrailin hücumlarına baxmayaraq, nüvə imkanlarımız qalır - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Konstitusiyaya Nəzarət Şurasının və Ekspertlər Məclisinin üzvü Əhməd Xatəmi ABŞ-ın İranın raket imkanlarını məhv edə bilmədiyini bildirib. O, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarının ölkənin raket və nüvə imkanlarını aradan qaldırmaq məqsədinə çatmadığını deyib.

TurkicWorld xəbər verir ki, Əhməd Xatəmi İran dövlət televiziyasına açıqlamasında ABŞ-ın İranın raket imkanlarını məhv etmək cəhdinin uğursuzluğa düçar olduğunu bildirib. Onun sözlərinə görə, bu vəziyyət ABŞ-ı “alçaldıb” və belə nəticə bundan sonra da davam edəcək.

Xatəmi bildirib ki, ABŞ və İsrailin məqsədi İranı “Daş dövrünə qaytarmaq” olub. O, hazırda dünyanın ABŞ hökumətinin sivilizasiya və demokratiya anlayışından uzaq davrandığını gördüyünü iddia edib.

İranlı din xadimi ABŞ-ın hərəkətlərini keçmiş dövrlərə xas davranışlarla müqayisə edib.

Xatəmi İranın nüvə obyektlərinə ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlara baxmayaraq, ölkənin nüvə imkanlarının qorunub saxlanıldığını bildirib.

O, İranın nüvə imkanlarının ölkə alimlərinə və nüvə sahəsində əldə edilmiş biliklərə məxsus olduğunu vurğulayıb.

Xatəminin açıqlamaları İranın hərbi və nüvə imkanlarının ABŞ və İsrailin hücumlarından sonra da qorunduğu barədə Tehran tərəfindən verilən mesajların davamı kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər