Son dəqiqə

Özbəkistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi elektrik elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 105 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 105 milyon 280 min 61 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz azalaraq, 10 milyon 830 min dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, 12 milyard 893 milyon 33 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 516 milyon 734 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 17 milyard 367 milyon 490 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər