Son dəqiqə

qəza 2025 Türkiyə nəqliyyat qəzaları Yol qəzaları və ölümlər statistikası Qeydiyyat ərazisində və kənarında qəzalar Avtomobil qəzası statistika Türkiyə Türkiyə Baş Polis İdarəsi yol qəzaları Türkiyədə avtomobil qəzaları statistikası Türkiyə yol qəzaları 2025

Sentyabr ayında Türkiyədə 62 mindən çox qəza baş verib (ÖZƏL)

BAKI, TurkicWorld, Fərid Mikayılov

2025-ci ilin avqust ayında Türkiyədə baş verən ümumi qəza sayı 62 min 510 olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, avqust ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 54 min 689, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 821 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 39 min 289, vəfat edənlərin sayı isə 260 nəfər təşkil edib” – deyə idarədən bildirilib.

Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 503 min 358 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 437 min 986, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 65 min 372 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 309 min 879, vəfat edənlərin sayı isə min 930 nəfər təşkil edib.

Mövzuya görə xəbərlər