BAKI, TurkicWorld
Türkiyənin Antalya vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.
TurkicWorld-un məlumatına görə, bu barədə vilayətin qubernatoru Hulusi Şahin deyib.
Onun sözlərinə görə, qəza nəticəsində səkkiz Türkiyə vətəndaşı həlak olub, 26 nəfər yaralanıb.
"Bu səhər, təxminən saat 10:20-də Antalyanın Döşemealtı rayonunda avtobus döngəni keçə bilməyərək xəndəyə aşdı. Təəssüf ki, səkkiz vətəndaşımız həlak oldu, daha 26 nəfər yaralandı", - deyə o bildirib.
Onun sözlərinə görə, ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. O qeyd edib ki, "yaralılar arasında ağır vəziyyətdə olanlar var".







