BAKI,TurkicWorld, Fərid Mikayılov
2026-ci ilin mart ayında Türkiyədə baş verən ümumi qəza sayı 55 min 41 olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, mart ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 47 min 927, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 114 olub.
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 30 min 517, vəfat edənlərin sayı isə 140 nəfər təşkil edib” – deyə idarədən bildirilib.
Məlumata əsasən, 2026-cı ildə Türkiyədə törədilən qəza sayı 157 min 195 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 136 min 543, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 20 min 652 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 78 min 313, vəfat edənlərin sayı isə 420 nəfər təşkil edib.







