Son dəqiqə

nəqliyyat Yük daşımaları Sabiha Gökçen Havalimanı Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Hava yük daşımaları Sərnişin rekordu Sərnişin sayı

Sabiha Gökçen hava limanında sərnişindaşıma 31 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin sentyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 35 milyon 628 min 48 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 15 milyon 802 min 790 nəfər, beynəlxalq reyslər üzrə isə 22,4 faiz artaraq 19 milyon 825 min 258 nəfər təşkil edib.

2025-ci ilin sentyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 393 min 219 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 121 min 670 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 18 faiz artaraq, 271 min 550 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 12 faiz artaraq, 202 min 965 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 86 min 386, beynəlxalq reyslər üzrə isə 20,1 faiz artaraq 116 min 579 olub.

2025-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 187 milyon 284 min 23 nəfər, yük daşınması isə 3 milyon 844 min 139 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər