Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi dəri məhsulları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin dəri ixracı 1 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq dəyişərək, 1 milyard 115 milyon 179 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə 128 milyon 988 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 1 milyard 474 milyon 272 min dollar məbləğində dəri ixrac edib.

Mövzuya görə xəbərlər