...

Türkiyə İsrailə hazır geyim ixracını 240 milyondan çox artırıb

İqtisadiyyat Digər xəbərlər 22 İyun 2022 18:09
TurkicWorld Daspina Hasanova
Türkiyə İsrailə hazır geyim ixracını 240 milyondan çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında İsrailə hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıraraq 242,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə İsrailə hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 38,7 faiz azaldaraq 33,9 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 8,8 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti