Son dəqiqə

İran Türkiyə İxracatçılar Məclisi polad Türkiyənin ixracatı polad istehsalı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) Türkiyə polad sənayesi

Türkiyədən İrana polad ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında İrana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 2 milyon 560 min 1 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən İrana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq, 24 milyon 619 min 79 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 386 milyon 471 min dollar məbləğində poladixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 16 milyard 384 milyon 31 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər