Yanvar-may aylarında Türkiyənin hazır geyim ixracatı 15 faizdən çox artıb (ÖZƏL)

Yanvar-may aylarında Türkiyənin hazır geyim ixracatı 15 faizdən çox artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 8,8 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.