İstanbul Misir TOBB Türkiyədə Misir şirkətləri 2025 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi sərbəst kapital artımı Kapital artımı

Türkiyədə Misir şirkətlərinin qeydiyyatı və sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Misir kapitalı ilə 35 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 48 milyon 920 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 102 milyon 760 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (34) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 28 milyon 920 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - iyul ayında Türkiyədə Misir kapitalı ilə 23 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər