Son dəqiqə

ixrac Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracı kimyəvi maddə Statistika İyul statistikaları Türkiyə Statistika Təşkilatı (TÜİK) 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası İxracat

Türkiyədən İrana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Zeynəb Babayeva

Türkiyə 2025-cü ilin iyul ayında İrana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 45 milyon 225 min 10 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən İrana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalaraq, 271 milyon 423 min 38 dollara bərabər olub.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 19 milyard 203 milyon 67 min dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 433 milyon 803 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 31 milyard 566 milyon 448 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər