Son dəqiqə

Azərbaycan Türkmənistan Dövlət Gömrük Komitəsi Azərbaycan Türkmənistan ticarəti Azərbaycan Türkmənistan iqtisadi əlaqələri Azərbaycan Türkmənistan ixrac idxal Azərbaycan Türkmənistan ticarət dövriyyəsi Azərbaycan Türkmənistan xarici ticarət Azərbaycan Türkmənistan gömrük statistikası Azərbaycan Türkmənistan iqtisadi əməkdaşlıq

Türkmənistan Azərbaycandan ən çox qeyri-neft məhsulları alan 10-cu ölkədir

Bakı. TurkicWorld:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 140,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 93,4 milyon ABŞ dolları və ya 1,7 dəfə azdır.

Hesabat dövründə Türkmənistan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,57%-i həcmində olub.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Türkmənistana 30,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 milyon ABŞ dolları və ya 36,8% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında Türkmənistandan Azərbaycana 109,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 75,8 milyon ABŞ dolları və ya 40,8% azalma deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Türkmənistana 29,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 18,2 milyon ABŞ dolları və ya 1,6 dəfə azdır.

Hesabat dövründə Türkmənistana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 1,68% paya sahib olub. Bununla da Türkmənistan Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb. Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Mövzuya görə xəbərlər