Son dəqiqə

tender Türkiyədə tender Kayseri 2025 tender elanları səhiyyə sektoru tenderi

Kayseri Dövlət Xəstəxanası Tibbi Ləvazimatlar Alacaq

BAKI,TurkicWorld

Kayseri Şəhər Xəstəxanası tərəfindən 33 növ tibbi ləvazimatın satın alınması ilə bağlı tender elan edilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 6 ay ərzində hissə-hissə təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 23 iyul 2025-ci il tarixinə qədər "Şeker Muhsin Yazıcıoğlu Bulvar Kocasinan/Kayseri" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər