Son dəqiqə

TOBB Türkiyədə Azərbaycan şirkətləri 2025 Azərbaycan kapitalı ilə şirkətlər Türkiyədə Türkiyədə Azərbaycan şirkətlərinin kapitalı İstanbulda Azərbaycan şirkətləri 2025 Türkiyə şirkət qeydiyyatı statistikası

Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar- aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 47 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 367 milyon 750 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 60 milyon 280 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - aprel ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (38) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 348 milyon 850 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər