Son dəqiqə

Rusiya Türkiyə Ticarət nazirliyi elektrik elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Rusiyaya elektrik ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin mart ayında Rusiyaya elektrik ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz azalaraq, 27 milyon 691 min 34 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Rusiyaya elektrik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalaraq, 70 milyon 707 min 94 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin elektrik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb, 4 milyon 791 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 481 min 583 dollar məbləğində elektrik ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 716 min 527 dollar məbləğində elektrik ixrac edib.

Mövzuya görə xəbərlər