Son dəqiqə

Avtomobil sənayesi məhsulları İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA)

Azərbaycanın sənaye zonalarında avtomobil istehsalı artıb

Bakı, TurkicWorld

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir.

TurkicWorld Agentliyə istinadən xəbər verir ki, 2024-cü ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib.

Məlumata görə, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20% artım deməkdir.

Sənaye zonalarında sözügedən dövr ərzində "Chevrolet", "Isuzu", "VGV", "UAZ", "Lada", "Khazar" və s. markalı avtomobillər istehsal edilib.

Mövzuya görə xəbərlər