BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin may ayında Türkiyənin avtomobil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz azalaraq, 3 milyard 263 milyon 982 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2026-cı ilin yanvar-may aylarında Türkiyənin avtomobil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 17 milyard 9 milyon 7 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (may 2026 - may 2025) Türkiyə 41 milyard 955 milyon 352 min dollar məbləğində avtomobil məhsulları ixrac edib.







