Son dəqiqə

Azərbaycan Bakı İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Yevlax Seymur Adıgözəlov

Yevlax Pilot Aqroparkına 59,4 milyon manat investisiya yatırılıb

BAKI,TurkicWorld

2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, indiyə qədər Yevlax Pilot Aqroparkına 59,4 milyon manatlıq investisiya yönəldilib.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Sədr qeyd edib ki, ümumi sahəsi 2 807 hektar olan aqropark ölkə üzrə kiçik və orta fermerlərin iştirakı ilə yaradılan ilk aqroparkdır. Hazırda burada 35 rezident sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da 185 daimi və 593 mövsümi iş yerinin yaradılmasına imkan verib.

Yevlax Pilot Aqroparkının fəaliyyəti intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafı, həmçinin emal sahələrinin yaradılmasına yönəlib.

Mövzuya görə xəbərlər