Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Bu il Türkiyəyə əcnəbilərin ən çox gəldiyi TOP 5 ölkə

Bakı, TurkicWorld

2024-cü ilin iyul ayında Türkiyəni ən çox ziyarət edən ölkələr arasında Almaniya, Rusiya, İngiltərə, Polşa və İran vətəndaşları ilk sirada yer almaqdadır.

Bu barədə TurkicWorld-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə məlumat veriblər.

Məlumata görə, 2024-cü ilin iyul ayında Türkiyəyə 1 milyon 35 min 466 Almaniya vətəndaşı gəlib ki, bu da ümumi turist sayının 14,12 faizini təşkil edir. Belə ki, Almaniya gələn turistlərin sayına görə birinci sıradadır. Sonrakı yerləri müvafiq olaraq 12,58%-lə Rusiya (922 min 294), 9,01%-lə İngiltərə (660 min 906), 4,36%-lə Polşa (319 min 552) və 4,26%-lə İran (312 554) tutur.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Türkiyəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6% artaraq 7 milyon 333 min 812 nəfərə çatıb.

Bu ilin yanvar-iyul aylarında Türkiyəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,27% artaraq 28 milyon 978 min 471 nəfərə çatıb

Mövzuya görə xəbərlər