Son dəqiqə

Türkiyə nəqliyyat hibrid avtomobillər

Türkiyədə iyul ayı ərzində 300 minə yaxın nəqliyyat vasitəsi qeydiyyata alınıb

Bakı, TurkicWorld

Türkiyədə iyul ayında 276 min 615 nəqliyyat vasitəsi qeydiyyata alınıb ki, bu ötən ilin eyni ayı ilə müqayisədə 39,3% çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Motorlu Kara Teşitları (TMKT) məlumat verib.

“İyul ayında Türkiyədə qeydiyyata alınan nəqliyat vasitələrinin 46,9 faizini motosiklet, 39,4 faizini avtomobil, 8,5 faizini yük avtomobilləri, 1,7 faizini traktorlar, 0,6 faizini mikroavtobuslar, 0,2 faizini yük avtobus və 0,1 faizini isə xüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib”, – deyə TMKT-dan bildirilib.

Həmçinin, iyul ayı ərzində nəqliyyat vasitələri arasından 108 min 907 avtomobil qeydiyyata alınıb.

Məlumata görə, Türkiyə üzrə qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı iyul ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 8,9% artaraq 30 milyon 261 min 176 ədəd təşkil edib.

Markalara görə iyul ayı üzrə qeydiyyata alınan avtomobillər arasında 10,4 % Renault, 9,3% Fiat, 8,1% Volkswagen, 7,2% Chery, 6,1% Citroen, 6% Peugeot, 5,0% Hyundai, 4,8% Opel, 4,7% Toyota, 4,5% MG, 4,1% Skoda, 3,6% Dacia, 3,2% Honda, 3,0% Ford, 2,4% Nissan, 2,3% Mercedes-Benz, 1,9% Seat, 1,6% BMW, 1,6% Audi, 1,4% Kia ve 8,8% isə digər markalar pay sahibidirlər.

Onu da əlavə edək ki, yanvar-iyul aylarında qeydiyyata alınan 617 min 708 avtomobilin 65,2 faizini benzin, 13,1 faizini hibrid, 12,4 faizini dizel, 8,3 faizini elektrik və bir faizini isə maye qazla işləyən avtomobillər təşkil edib.

Həmçinin, iyul ayının sonuna olan məlumata görə, Türkiyə üzrə qeydiyyatda olan 15 milyon 835 min 588 avtomobilin 34,7 faizi dizel, 32,4 faizi maye qaz, 29,8 faizi benzin, 1,9 faizi hibrid və 0,8 faizi isə elektrik mühərrikli olub.

Mövzuya görə xəbərlər