Bakı, TurkicWorld
Ukraynada müharibənin başlanması və Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, geosiyasi dəyişikliklər riskləri artırdı, eyni zamanda Qazaxıstana Orta Dəhlizdə ən əhəmiyyətli həlqə kimi yeni imkanlar açdı və Asiya ilə Avropanın birləşdirilməsinə rolunu artırdı.
Bu barədə TurkicWorld -ə eksklüziv müsahibəsində Dünya Bankının Qazaxıstan və Türkmənistandakı rezident nümayəndəsi Andrey Mixnev deyib.
"Qazaxıstan ticarət yollarını şaxələndirmək, həmçinin, Rusiya və Çin kimi məhdud sayda tərəfdaşlardan asılılığı azaltmaqla bu fürsətdən istifadə edə bilər. Orta Dəhliz ticarət üçün strateji alternativ təklif edir, Qazaxıstan ticarətinin davamlılıq potensialını artırır və Asiyanın bəzi hissələrində, Avropa, Yaxın Şərq və Şimali Afrikada yeni bazarlara çıxış əldə edir" - o deyib.
Mİxnev əlavə edib ki, Dünya Bankı Orta Dəhlizin Qazaxıstan, Azərbaycan və Gürcüstan üçün dəyişiklik patensialını tanıyır.
"Bu ölkələr istehsal aqlomerasiyalarını inkişaf etdirməklə 2030-cu ilə qədər ixrac həcmini təqribən 90 milyon ton (70 milyon tonunu Qazaxıstanın əlavə ixracı təşkil edir) artırmaqla qalmayıb, ixracatlarının dəyərini də artıra biləcəklər. Bu daha mürəkkəb məhsullara keçid deməkdir. Gözlənilən odur ki, inteqrasiya edilmiş logistik həllər iqtisadi inkişafı stimullaşdıracaq və daha yüksək əlavə dəyərli sənaye sahələri yaradacaq" - Dünya Bankının daimi nümayəndəsi deyib.
Onun fikrincə, Orta Dəhliz ölkələrinin bu potensialı reallaşdırması üçün infrastrukturun təkmilləşdirilməsi və avadanlıqların modernləşdirilməsi istiqamətində sərmayə yatırmağa davam etmək vacibdir.
"Dəhlizin keçiricilik qabiliyyətinin artırılmasına istiqamət vermək üçün Yol Xəritəsi qəbul edilib. Dünya Bankı liman və dəmir yolu əlaqələrinin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi kimi ekoloji problemlərə uyğunlaşma üzrə tövsiyələrin yer aldığı "Orta Dəhlizin Potensialının Açılması" hesabatı ilə bu səylərə öz töhfəsini verib. Biz Orta Dəhlizin davam edən inkişafına ən yaxşı şəkildə necə dəstək verilə biləcəyini müəyyən etmək üçün Qazaxıstan hökuməti ilə müzakirələrdə fəal iştirak edirik" - Mixnev deyib.