Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı 100 minə çatır (ÖZƏL)

Bakı, TurkicWorld

2024-ci ilin iyunuda Qırğızıstandan Türkiyəyə 19 min 654 turist səfər edib ki, bu da 2023-cu ilin iyunu ilə müqayisədə 12,75 faiz çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,34 faiz təşkil edib.

2024-ci ilin yanvar-iyun aylarında Qırğızıstandan Türkiyəyə 93 min 925 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,71 faiz çoxdur.

2024-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,43 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin iyununda Türkiyəyə 6 milyon 833 min 835 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2024-ci ilin yanvar-iyun aylarında 26 milyon 136 min 764 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,91 faiz çoxdur.

Mövzuya görə xəbərlər