Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Türkiyəyə səfər edən Özbək turistlərinin sayı 200 mini keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-ci ilin iyunuda Özbəkistandan Türkiyəyə 59 min 901 turist səfər edib ki, bu da 2023-cu ilin iyunu ilə müqayisədə 18,97 faiz çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,02 faiz təşkil edib.

2024-ci ilin yanvar-iyun aylarında Özbəkistandan Türkiyəyə 245 min 836 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,63 faiz çoxdur.

2024-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,14 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin iyununda Türkiyəyə 6 milyon 833 min 835 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2024-ci ilin yanvar-iyun aylarında 26 milyon 136 min 764 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,91 faiz çoxdur.

Mövzuya görə xəbərlər